“Dəniz Mall”da İNSİDENT: 18 yaşlı qızı döydülər

Bakıda ticarət mərkəzlərinin birində insident yaşanıb.

Lent.az-ın məlumatına görə, hadisə Neftçilər prospektində yerləşən “Dəniz Mall” ticarət mərkəzində qeydə alınıb.

Bakı şəhər sakini, 18 yaşlı Pərişan Abdullayevanı naməlum qadın döyüb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Zonquldak sahillərində dalğanın hündürlüyü 5 metrə çatıb

SONRAKI XƏBƏR

Zahid Oruc: “Zəngəzur dəhlizindən daha çox milli şirkətlərimiz qazanmalıdır”