Mühəndislik fakültəsinin qrup nümayəndələri ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin qrup nümayəndələri ilə növbəti görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüş tədris prosesinin ümumi gedişatını əhatə edən məsələlər, o cümlədən imtahanqabağı hazırlıq vəziyyətinin tələbələrlə müzakirəsi, onlara bu istiqamətdə lazımi dəstək, metodiki köməyin göstərilməsi məqsədilə təşkil olunub.

Tədbirdə fakültənin dekanı, dosent Hüseyn Mirzəyev universitetdə tələbələrin ümumi qayğı və problemlərinə həssaslıqla yanaşıldığını, bununla bərabər, tələbələrin üzərinə düşən öhdəlik və məsuliyyətin yerinə yetirilməsinin hər zaman öndə gəldiyini vurğulayıb.

Fakültə üzrə mövcud vəziyyəti dəyərləndirən dekan, xüsusən tələbələr tərəfindən diqqətin artırılmasını tələb edən əsas məqamlara toxunub. O, fənlər üzrə bütün qrupları əhatə edən SDF (semestr daxili fəaliyyət) nəticələrinin daha da yüksəldilməsi, tələbələrin ümumi tədris prosesində yüksək nəticələrinin əldə olunması ilə bağlı fəallığının artırılması istiqamətində müvafiq tövsiyələrini verib, imtahan sessiyasının təşkili, imtahan cədvəli, eləcə də imtahan ardıcıllığının tələbələrin istəyinə uyğun müəyyənləşdiriməsi məsələlərinə aydınlıq gətirib.

Tədris işləri üzrə dekan müavini Osman Mirzəyev də çıxışında imtahan sessiyasında kəsirlərin yaranmaması, tələbələrin tədrisə daha məsuliyyətlə yanaşmaları, universitetdaxili nizam-intizam qaydalarına riayət edilməsi, ümumi tədris prosesinə ciddi əməl olunması məsələləri ilə bağlı müvafiq tövsiyələrini verib.

Fakültənin müəllim və tyutorlarının da iştirak etdiyi görüşdə tələbələri narahat edən məqamlara aydınlıq gətirilib, onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tehsil.biz

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı alim Əlcəzairdə keçirilən beynəlxalq konfransda çıxış edib

SONRAKI XƏBƏR

Ronaldu Robben və Messini qabaqladı - tarixdə 7-ci dəfə