Rusiya kosmonavtları bu gün kosmosa çıxacaqlar

Rusiya kosmonavtları bu gün kosmosa çıxacaqlar<span class="qirmizi"></span>

Beynəlxalq Kosmik Stansiyada (BKS) rusiyalı kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelin texniki işlər üçün kosmosa çıxacaqlar.

Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, VKD-56 kod adlı kosmos yürüşü zamanı BKS-nin rusiya ekipajı istilik dəyişdiricisini BKS-in Rusiya bölməsindəki Nauka çoxməqsədli laboratoriyasına daşıyacaq.

Radiator kosmonavt Anna Kikina tərəfindən idarə olunacaq ERA robot qolundan istifadə etməklə orbital forpostun daxilindən köçürüləcək.

Petelin və Prokopyev işlərini kosmik stansiyadan kənarda aparacaqlar. Onlar radiatorun ötürülməsinə nəzarət edəcək, telləri ayıracaq və mexaniki sıxma işləri aparacaqlar.

Şəbnəm Lətifi

 

 

 

 

 

Mənbə: sonxeber.az