Killer çaşıb ermənini güllələdi

Killer Moskvanın şimalında hündürmərtəbəli binanın girişinin yaxınlığında səhvən bir gənci güllələyib.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, cinayət noyabrın 24-də yerli vaxtla saat 18:30-də Solneçnoqorskaya küçəsində törədilib. Evin kirayəçisi, Ermənistan vətəndaşı girişə yaxınlaşdıqda, naməlum şəxs ona hücum edərək döyməyə başlayıb. Bundan sonra cinayətkar zərərçəkmişə 7 atəş açaraq qaçıb.

Hadisə yerinə polis və həkimlər gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları girişin yaxınlığından travmatik tapança, onun iki maqazini, iki rezin top və yeddi şüşə mərmi aşkar ediblər. Qan içində olan gənc xəstəxanaya çatdırılıb, ona baş, döş qəfəsi və qarın nahiyəsinin xəsarətləri diaqnozu qoyulub. Həkimlər əməliyyat keçiriblər.

Killer saxlanılıb - onun Moskva vilayətində qeydiyyatda olan 45 yaşlı Qafqaz əsilli şəxs olduğu üzə çıxıb. Onun dediyinə görə, başqa adamı öldürməli idi, amma yanılıb. İndi Daxili İşlər Nazirliyinin əməkdaşları onun ilkin olaraq kimə hücum etməyi planlaşdırdığını müəyyənləşdirirlər.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Elm və təhsil naziri dərs yükü problemlərini yaradan məsələlərə aydınlıq gətirib

SONRAKI XƏBƏR

Daha bir dövlət qurumunda YOXLAMALAR BAŞLADI