Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosu xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.
Belə ki, qəza zamanı minik avtomobili ilə motosiklet toqquşub.
Nəticədə iki nəfər rayon sakini, 1988-ci il təvəllüdlü O.Bayramov və 2010-cu il təvəllüdlü M.Bayramlı xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da polis qatil robotlardan istifadə etməyi planlaşdırır - FOTO

SONRAKI XƏBƏR

Pakistanlı ekspert: Ermənistan beynəlxalq müqavilələrə və sülh razılaşmalarına əməl etmir