Avtoritetin avtomobilini cızdıqlarını biləndə polisə getdilər

Rusiyada, Kazanda yerli sakinlər iş adamı və kriminal avtoritet Radik (Əjdaha) Yusupovun "Maybach" və "Rolls-Royce" avtomobillərini cızdıqlarını biləndə könüllü olaraq özləri polisə müraciət ediblər.

Milli.Az bildirir ki, bu barədə "Mash İpratsh" Telegram kanalı xəbər verib.

Dəbdəbəli avtomobillərin yanında fotosessiya zamanı ruslar kapotda cızıqlar buraxdıqlarını görüblər. Sürücü ilə münaqişə gözləmədən kişilər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hadisə yerinə gələn polis dəymiş ziyanı 5 min rubl (80 dollar) qiymətləndirib.

Radik Yusupov adam öldürməyə cəhddə iştirakda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. İddia müddətinin başa çatması ilə əlaqədar cəzadan azad edilib.

İrfan Vəliyev
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan Orta Dəhlizə dair Yol Xəritəsi imzalayıb

SONRAKI XƏBƏR

Hindistan Ermənistanla oyun oynayır - Millət vəkili