Rusiyada ticarət mərkəzi yanır

Rusiyada ticarət mərkəzi yanır<span class="qirmizi"></span>

Moskvanın Baumanskaya küçəsində yerləşən "Eloxovski keçidi" ticarət mərkəzində yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat dərc edib.

Yanğının ticarət pavilyonlarından birində baş verdiyi qeyd olunub.

Məlumata görə, hazırda yanğınsöndürmə bölmələri hadisə yerində işləyir. "İnsanlar təxliyə edilir və yanğın söndürülür".

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org