Bəbir beş yaşlı uşağı parçalayıb

Bəbir beş yaşlı uşağı parçalayıb<span class="qirmizi"></span>

Hindistanın Uttarxand ştatının Nişni kəndində bəbir beş yaşlı uşağı sürüyərək parçalayıb.

Milli.Az bildirir ki, bu barədə NDTV məlumat yayıb.

Pliuş adlı oğlan gəzintidən evə qayıdarkən bəbir ona hücum edərək onu tarlaya sürükləyib. Yerli sakinlər bunu görüb həyəcan təbili çalsalar da, bəbir ağzında qurbanla meşədə onlardan qaça bilib.

Şahidlər uşağı tapana qədər o, artıq ölüb.

Kənd sakinləri iddia edirlər ki, heyvan daim uşağı qoyub getdiyi yerə qayıdır və onlar yeni hücumlardan qorxurlar. Meşə Təsərrüfatı İdarəsinin nümayəndələri yırtıcı heyvanı tutmaq üçün bu ərazidə qəfəs qurublar.

İrfan Vəliyev
Milli.Az

Mənbə: news.milli.az