Bakıda avtomobil qarət edənin maşınından görün nə tapıldı?

Bakıda avtomobil qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində bir avtomobildən içərisində bank kartları, sənəd və mobil telefon olan çantanın soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Məmmədov və Namiq Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Polis əməkdaşları tərəfindən N.Əsgərova məxsus “Toyota” markalı avtomobilə baxış zamanı oradan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Albaniya və Keniyada Azərbaycan səfirlikləri fəaliyyət göstərəcək

SONRAKI XƏBƏR

Mayk Doran: “Orta Dəhliz təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün çox mühüm layihədir”