HİMARS-ın mərmi anbarı dağıdıldı

Rus qoşunları Ukraynanın Zaporojye vilayətində HİMARS reaktiv yaylım atəş sistemi üçün mərmi olan anbarı məhv edib.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan əlavə məlumata görə, Xarkov vilayətinin Liptsy rayonunda Ukraynanın iki “Qrad” reaktiv yaylım atəşi sistemi qurğusu vurulub.

Müdafiə Nazirliyi, həmçinin Xerson vilayətində, Mirnı rayonunda 4 HIMARS mərmisinin, habelə Çervoni Çaban qəsəbəsi ərazisində hava hücumundan müdafiə sistemlərini vuran üç pilotsuz təyyarənin vurulduğunu da açıqlayıb.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Yunanıstanda PUA bazası yaradır

SONRAKI XƏBƏR

“Heç vaxt Ronaldunun fanatı olmamışam”