Kərkükdə daşqınlar nəticəsində iki uşaq ölüb

Kərkükdə daşqınlar nəticəsində iki uşaq ölüb<span class="qirmizi"></span>

İraqın Kərkük şəhərində gecə saatlarında başlayan aramsız yağış səbəbindən su altında qalan evdə eyni ailədən iki uşaq həyatını itirib.
SİA-nın əldə etdiyi məlumata görə, Kərkük Səhiyyə Müdirliyindən verilən bəyanatda bildirilib ki, aramsız yağışlar Kərkükün Altunköprü bölgəsindəki Hasar kəndində ciddi fəsadlara səbəb olub.
Bəyanatda həmçinin Hasar kəndində bir evin su altında qaldığı,nəticədə iki uşağın öldüyü qeyd olunub.
Yanğınsöndürmə İdarəsinin əməkdaşlarının müdaxiləsi nəticəsində ailənin digər üzvlərinin xilas edildiyi bildirilib.

Mənbə: sia.az