İnternetdə cavan oğlanla tanış oldu, öldürüldü - ORQANLARI SATILDI

İnternetdə cavan oğlanla tanış oldu, öldürüldü - ORQANLARI SATILDI<span class="qirmizi"></span>

İnternetdə tanış olduğu və onun üçün Peruya gedən 31 yaşlı tibb tələbəsi ilə eşq yaşayan 51 yaşlı qadın orqan mafiyasının əlinə keçib.
Musavat.com xəbər verir ki, bədbəxt qadının meyiti parçalanmış halda tapıldığı halda tapılıb.
Qadının sevgilisi orqan alveri ilə məşğul olduğu üçün həbs edilib.

Adının Blanka Arellano olduğu öyrənilən 51 yaşlı qadın iyulun sonlarında ailəsinə internetdə tanış olduğu biri ilə uzunmüddətli münasibətdə olduğunu və onunla görüşmək üçün Peruya getdiyini söyləyib.

Blanka Peruya getdikdən sonra ailəsinə və dostlarına hər şeyin yaxşı getdiyini və xoşbəxt olduğunu deyib. O, noyabrın 7-də qardaşı qızı Karla ilə son söhbətindən hər şeyin qaydasında olduğunu bildirib. Hər kəs bədbəxt qadının sevgilisi ilə xoşbəxt olduğunu düşünərkən, Blankanın birdən-birə ailəsi ilə əlaqəsi kəsilib. Ailə bütün səylərinə baxmayaraq ona tapa bilməyəndə, qardaşı qızı Karla bibisinin sevgilisi Xuan Pablo Jesús Villafuerte ilə əlaqə saxlamağa qərar verib.

Lakin 31 yaşlı tibb tələbəsinin dedikləri ailənin narahatlığını artırıb.

Xuan adlı gənc izah edib ki, Blanka ona istədiyi həyatı verə bilməyəcəyini dedikdən sonra təyyarə bileti alıb və ölkəsinə qayıtmağa qərar verib. Cəmi 5 gün əvvəl bibisi ilə danışan Karla 31 yaşlı kişinin sözlərini ziddiyyətli görüb və noyabrın 12-də atdığı tvitlə sosial mediadan kömək istəyib.

Ailəsi hər yerdə Blankanı axtararkən, noyabrın 10-da üzərində gümüş üzük olan kəsilmiş barmaq yerli çimərliklərdən birinin sahilində tapılıb. Sonrakı günlərdə üzü olmayan baş, qol və bütün daxili orqanları çıxarılan gövdə də tapılıb.

“The İndependent” qəzetinin xəbərinə görə, səlahiyyətlilər itkin düşdüyünü elan edən ailə ilə əlaqə saxlayıb və parçalanmış cəsədin Blankaya aid olduğu üzə çıxıb. Ailəsi bədbəxt qadını barmağındakı gümüş üzük tanıya bilib.

Noyabrın 17-də orqan qaçaqmalçılığı ittihamı ilə həbs edilən Villafuertenin evində hamam və camaşırxanada qan izləri tapılıb. Həmin şəxsin ölkədəki orqan mafiyasının üzvü olduğu güman edilir.

Mövzuyla əlaqədar yerli mətbuatda yer alan iddialar da insanları şoka salıb.

Bildirilir ki, Blanka yoxa çıxandan qısa müddət sonra şübhəli şəxs onun bədən hissələrini kəsdiyi videoları TikTok-da yerləşdirib.

Blankanın ailəsi yaşadıqlarına hələ də inana bilmədiklərini bildirib: "Yaşadıqlarımızı ifadə etməyə söz tapa bilmirik. Blanka mehriban, istiqanlı, ağıllı, fədakar insan idi və o, belə xatırlanmalıdır. Biz Peru qanunlarına və bu günə qədər qüsursuz bir iş görən səlahiyyətlilərin ədalətinə tam etibar edirik".

Mənbə: www.nuh.az