Kriminal avtoritet Sarkisyan Rusiya üçün “zek ordusu” formalaşdırır…

Kriminal avtoritet Sarkisyan Rusiya üçün “zek ordusu” formalaşdırır…<span class="qirmizi"></span>

 

Bütün Rusiyanın və yeni işğal olunmuş ərazilərdə həbsxanaların yeni “baxıcısı” kriminal avtoritet Armen Sarkisyan “təyin” olunub…

PİA.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.

Ukrayna kəşfiyyatı bildirir ki, “vorzakon”ların yeni “türmə baxıcısı” “Qorlovski” ləqəbli Armen Sarkisyanın qarşısına qoyulan əsas vəzifə Ukraynada vuruşmaq üçün “zeklərin yeni “vaqner qrupunu”” formalaışdırmaq qoyulub. Belə ehtimal olunur ki, Sarkisyan Ukraynada vuruşmaq üçün kriminal aləmin əli ilə Priqojindən daha çox yeni “könüllü” toplaya biləcək.
Armen Sarkisyan əslən Ukraynanın Donetsk vilayətinin Qorlovka şəhərindədir. Kriminal avtoritet Ukraynanın xalq tərəfindən devrilmiş prezidenti Yanukoviçə yaxınlığı ilə tanınıb.

Sarkisyan “Maydan hərəkatı”nın təşkilatçılarından birinin öldürülməsində ittiham olunur və Ukrayna tərəfindən beynəlxalq axtarışa verilib. O, Donets vilayətinin “yeraltı” biznesini idarə edir və fevralın 24-dən sonra işğal olunan ərazilərin yağma və talan edilməsinin əsas təşkilatçısı olaraq tanınır.

pia.az

Mənbə: pia.az