Qazaxıstanda Tokayevin inauqurasiyası günü qanunsuz yürüşün qarşısı alınıb, saxlanılanlar var

Qazaxıstanda Tokayevin inauqurasiyası günü qanunsuz yürüşün qarşısı alınıb, saxlanılanlar var<span class="qirmizi"></span>

Qazaxıstanın yeni seçilmiş Prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi günündə Astanada qanunsuz yürüşün qarşısı alınıb, saxlanılanlar var.

"Report" Qazaxıstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Astanadakı gecə klublarından birində iş adamı 300-ə yaxın insanı qanunsuz yürüşə çağırıb.

Qeyd olunur ki, bu zaman ictimai asayiş kobud şəkildə pozulub, nəqliyyat və sosial infrastrukturun fəaliyyətinə maneələr yaradılıb.

Yürüş iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstəriblər. Polis hadisəni törədənləri saxlayıb.

Mənbə: report.az