Salyanda toydan qayıdan şəxs dostunun avtomobilini qaz kəmərinə çırparaq ölüb -FOTO

Salyanda toydan qayıdan şəxs dostunun avtomobilini qaz kəmərinə çırparaq ölüb -FOTO<span class="qirmizi"></span>

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-ya istinaən xəbər verilir ki, hadisə Salyan-Şirvan magistral yolunun Salyan rayonunun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Toy şənliyindən qayıdan Şirvan sakini, 2003-cü il təvəllüdlü Kənan Cəbiyev sərxoş vəziyyətdə dostunun 18-BF-829 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilini idarə edib.

K.Cəbiyev avtomobili yüksək təzyiqli qaz kəmərinə çırpıb.

Nəticədə o, hadisə yerində ölüb.

Kəndin qaz təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: xeberoxu.az