Polşada ukraynalı qaçqınlar kütləvi şəkildə zəhərləndi

Polşada ukraynalı qaçqınlar kütləvi şəkildə zəhərləndi<span class="qirmizi"></span>

Polşanın Qluxolazi şəhərində ukraynalı qaçqınların yaşadığı mərkəzlərin birində 20-dən çox insan zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə Polşa mediası məlumat yayıb.

"İndi üç xəstə uşaq şöbəsində, dördü isə yoluxucu xəstəliklər şöbəsindədir. Onların vəziyyətini yaxşı qiymətləndirmək olar. Hələlik laboratoriya nəticələri yoxdur, amma hər şey qida zəhərlənməsindən xəbər verir", - məlumatda deyilir.

Təfərrüatlı məlumat verilməyib.

Mənbə: axar.az