Davada gənc oğlan bıçaqlandı

Davada gənc oğlan bıçaqlandı<span class="qirmizi"></span>

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
2003-cü il təvəllüdlü Tarayev Nihad Şahzadə oğlu yaşadığı küçədə tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Mənbə: lent.az