Misirdə döyüş təyyarəsi qəzaya uğradı

Misirdə döyüş təyyarəsi qəzaya uğradı<span class="qirmizi"></span>

Misir ordusunun hərbi təlim zamanı döyüş təyyarəsi qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə Misir ordusunun sözçüsü polkovnik Qərib Əbdülhafiz mövzu ilə bağlı yazılı açıqlama verib.

Ölkədə təlimlər keçirən döyüş təyyarəsinin qəzaya uğradığını bildirən Əbdülhafiz təyyarənin dəqiq harada qəzaya uğradığı barədə məlumatı paylaşmayıb.

Döyüş təyyarəsinin "texniki nasazlıq" səbəbindən qəzaya uğradığını qeyd edən polkovnik hadisədə can itkisinin olmadığını bildirib.

Mənbə: www.unikal.org