Çində COVID-19 məhdudiyyətləri iğtişaşlara səbəb olub - VİDEO

Çinin 20 milyondan çox əhalisi olan Şanxay şəhərində COVID-19 məhdudiyyətlərinə qarşı kütləvi etiraz aksiyaları keçirilib.

Etirazlar qısa müddət ərzində iğtişaşlarla nəticələnib. Polis qüvvələri ilə nümayişçilər arasında toqquşmalar olub.

Oxşar nümayişlər Çinin digər şəhərlərində də keçirilir.

Qeyd olunur ki, etirazları tətikləyən hadisə Urumçi şəhərində evdə baş vermiş yanğın olub. Hadisə nəticəsində bir ailənin 10 üzvü ölüb.

Vətəndaşlar bildiriblər ki, həmin ailəyə anti-COVID rejimi ilə əlaqədar küçəyə çıxmaq qadağan edilib və nəticədə bədbəxt hadisə nəticəsində ailənin bütün üzvləri ölüblər.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Kamran Əliyev Abşeron və Zəngilan sakinlərini qəbul edəcək

SONRAKI XƏBƏR

Rusiyada əhali 40 dərəcə şaxtada istiliksiz qaldı