Məşhur şirkət rəhbəri vertolyot qəzasında həlak oldu

Məşhur şirkət rəhbəri vertolyot qəzasında həlak oldu<span class="qirmizi"></span>

Forex Club şirkətinin təsisçisi (hazırda Libertex Group brendi altında işləyir) Vyaçeslav Taran Monakoda təyyarə qəzasında həlak olub. Bu barədə “Monaco Daily News” məlumat yayıb.

Portalın məlumatına görə, 53 yaşlı iş adamı Təran helikopterdə qəzaya uğrayıb, pilot onunla birlikdə ölüb.

Helikopterin sahibi olan “Monacair” hadisənin təfərrüatlarını açıqlamaqdan imtina edib. “İstintaqın hazırkı mərhələsində bu qəzanın halları ilə bağlı heç bir element açıqlana bilməz”, – şirkətdən bildiriblər.

Forex Club 1997-ci ildə yaradılıb, hazırda şirkət Forex bazarının (valyuta ticarəti) aparıcı operatorlarından biridir.

Mənbə: aqreqator.az