İsveçrədən Monakoya uçan helikopter qəzasında rusiyalı biznesmen ölüb

İsveçrədən Monakoya uçan helikopter qəzasında rusiyalı biznesmen ölüb<span class="qirmizi"></span>

İsveçrədən Monakoya uçan helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ölənlərdən biri “Forex Club”ın təsisçisi, rusiyalı biznesmen Vyaçeslav Taran, digəri isə 35 yaşlı pilotdur.

Helikopterin məxsus olduğu şirkət “Monacair” rəsmi olaraq istintaqın təfərrüatlarını şərh etməyib.

Xatırladaq ki, V.Taran Rusiyanın “Forex” bazarında 3 aparıcı iştirakçıdan biri olan şirkətlər qrupunu – “Forex Club”ı təsis edib. Şirkətlər qrupuna maliyyə və təhsil şirkətləri daxildir. Rusiyalı iş adamı son 10 ildə Monakoda yaşayıb.

Mənbə: report.az