Maşın qaz xəttinə ÇIRPILDI: Ölən var

Maşın qaz xəttinə ÇIRPILDI:  <span class="qirmizi">Ölən var</span>

Salyanda avtomobil qaz xəttinə çırpılıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində baş verib.

Kənan Səxavət oğlu Cəbiyev idarə etdiyi "Mercedes Benz" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun sağ kənarında yerləşən qaz borusuna çırpıb.

Nəticədə sürücü Kənan Cəbiyev aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Mənbə: lent.az