Xamneyinin qardaşı qızının həbsinin SƏBƏBİ BİLİNDİ – Xarici ölkələri Tehranla əlaqələri kəsməyə çağırıb

İran hakimiyyəti ölkənin ali lideri Əli Xamneyinin qardaşı qızı Fəridə Muradxanini xarici hökumətləri Tehranla əlaqələri kəsməyə çağırdıqdan sonra həbs edib.
Avropa.info xəbər verir ki, bu barədə bazar günü onun qardaşı Mahmud Muradxaniyə istinadən CNN telekanalı məlumat yayıb.
Çərşənbə günü Muradxani "Tvitter" hesabında yazıb ki, bacısı məhkəmənin qərarı ilə İran prokurorluğuna gələn zaman həbs edilib. CNN-in məlumatına görə, onun həbsindən əvvəl qardaşı Fəridə Muradxani xalqa müraciət edərək ölkəni bürüyən etirazlar fonunda hökumətlərini İranla əlaqələri kəsməyə çağırıb. "Azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, bu qanlı <...> rejimi dəstəkləməyi dayandırsınlar", - deyə yayımçı onun sözlərindən sitat gətirib.
Fəridə və Mahmud Muradxani İranın ali dini lideriXamneyinin bacısı Bədri Hüseyni ilə evli olan din xadimi və müxalifət lideri Əli Tehraninin övladlarıdır. CNN-in məlumatına görə, Tehrani oktyabrda dünyasını dəyişib. Televiziya şirkəti xatırladıb ki, İran hakimiyyəti bundan əvvəl Fəridə Muradxanini həbs edib.
Qeyd edək ki, İranda sentyabrın 16-da dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra başlayan iğtişaşlar iki aydan çoxdur ki, səngimir.

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olundu

SONRAKI XƏBƏR

Belarusun XİN rəhbəri qətlə yetirilib? - "Rusiyanın əli" olduğu deyilir...