Türkiyədə polisə də atəş açıldı, 2 nəfər yaralandı

Türkiyədə polisə də atəş açıldı, 2 nəfər yaralandı <span class="qirmizi"></span>

Kütləvi dava zamanı polisə odlu silahdan atəş açıldı.

"Ölkə.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Çorumda gecə saatlarında baş verib. Bir qrup şəxs arasında baş verən kütləvi dava zamanı bir nəfər bıçaqla, bir nəfər isə ov tüfəngindən açılan atəş nəticəsində ağır yaralanıb.

Hadisə şahidləri dərhal polisə məlumat verib.

Deyilən ünvana gələn polis əməkdaşları müqavimətlə üzləşiblər. Belə ki, həmin şəxslərdən biri polis avtomobilinə ov tüfəngindən atəş açıb.

Xoşbəxtlikdən polisə edilən hücumda xəsarət alan olmayıb və hadisə yerinə əlavə gücləndirilmiş qrup göndərilib.

Dava zamanı yaralanan 2 nəfər təcili yardımla xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları çoxlu sayda şübhəli şəxsi saxlayaraq şöbəyə aparıb.

Araşdırma aparılır.

Natiq

Mənbə: olke.az