Dəhşət: Yas mərasimində 14 nəfər öldü - VİDEO

Dəhşət: Yas mərasimində 14 nəfər öldü - VİDEO<span class="qirmizi"></span>

Kamerunun paytaxtı Yaundedə dəfn mərasimi üçün bir araya gələn insanların sıx olduğu ərazidə sürüşmə baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, sürüşmə nəticəsində 14 nəfər həyatını itirib.

Bölgə qubernatoru Naseri Paul Bea hadisə ilə bağlı açıqla verib: “Cəsədləri meyitxanaya daşıyırıq. Mərkəzi xəstəxanada digər insanların və ya cəsədlərin axtarışları davam edir”.

Axtarış-xilasetmə işləri davam edərkən, ölənlərin sayının artacağı təxmin edilir.

Qeyd edək ki, Afrikanın ən yağışlı şəhərlərindən biri olan Yaundedə bu il şiddətli yağışlar səbəbiylə çoxlu daşqınlar baş verib, minlərlə insan məcburi köçkünə çevrilib.

 

Mənbə: yenicag.az