İranda daha bir etnik edam edildi

İranda daha bir etnik edam edildi<span class="qirmizi"></span>

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində Zəbir Zirkari edam edilib.

Axar.az xəbər verir ki, 32 yaşlı bəluc məhkumun noyabrın 28-də narkotik maddələrin alverində günahlandırıldığı üçün dar ağacından asıldığı bildirilir.

Bu barədə İran məhkəmə sistemi və rəsmi dövlət mediasının məlumat yaymadığı vurğulanır.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlayıb.

Mənbə: axar.az