Bakıda qız dalınca məktəbə gedən şəxs şagirdi bıçaqlayıb - MƏHKƏMƏ

Bakıda qız dalınca məktəbə gedən şəxs şagirdi bıçaqlayıb -  MƏHKƏMƏ<span class="qirmizi"></span>

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nahid Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzərəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib. Qeyd edilib ki, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

İttihama görə, hadisə 22 fevral 2022-ci ildə saat 13 radələrində “Lanset” Cərrahlıq Klinikasının qarşısında, Nərimanov rayonunda yerləşən 258 saylı orta məktəbin arxasında qeydə alınıb.

Belə ki, 2005-ci il təvvəllüdlü Nahid Quliyev həmin ərazidə məişət münasibətləri zəminində 258 saylı orta məktəbin şagirdi Qasım Qasımovu (şərti) bıçaqlayıb.

Məhkəmə istintaqında Nahid Quliyev Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, hazırda 44 nömrəli məktəbin 10-cu sinif şagirdidir. O deyib ki, iş üzrə şahid qismində tanınan dostu Vahid Həsənov (şərti) ondan bir sinif yuxarı oxuyub, hazırda isə orta məktəbi bitirib.

22 fevral 2022-ci il tarixdə saat təxminən 12 radələrində Vahid onaə zəng vuraraq 258 saylı tam orta məktəbin qarşına dəvət edib. Dostu telefonda ona bildirib ki, həmin məktəbin qarşısında istədiyi qızla görüşəcək və qızın yanında da rəfiqəsi olacaq. O da qız adı eşitdikdə dərhal "Bolt” xidmətindən taksi sifariş verib taksi ilə həmin məktəbin qarşısına gəlib. Ora çatanda Vahidin məktəbin qarşısında dayandığını görüb. Bu zaman bir neçə məktəbli çıxaraq onlar tərəfə yaxınlaşıb, ora gəlməklərinin səbəbini soruşub. Qasım Qasımov məsləhət görüb ki, söhbəti məktəbin arxasında etsinlər. Sonra onlar əl tutub barışıb və məsələni həll ediblər. Bu zaman ora olan şəxslərdən biri onlara söz atıb və tərəflər arasında mübahisə düşüb. Nahid Quliyev də əvvəlcədən dostundan aldığı bıçaqla Qasıma bir zərbə endirərək hadisə yerindən qaçıblar.

Nahid Quliyev söyləyib ki, hadisədən sonra Sabirabad rayonunda yaşayan qohumlarıgilə gedib, 1 ay orada qalıb. Daha sonra Bakıya qayıdıb, bir müddət keçəndən sonra - 25 may 2022-ci il tarixdə axşam saatlarında onu Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları saxlayaraq axtarışda olduğunu bildiriblər. Onu polis bölməsinə dəvət ediblər.

Kamal Məmmədov

Mənbə: pravda.az