Rusiyada fəhlə ev sahibi olan qızı boğub öldürdü - VİDEO

 

Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərin birində 27 yaşlı qızın meyiti tapılıb.

Meyit tikinti tullantıları torbalarının altında aşkarlanıb. Onun mənzilin sahibi Yulianaya aid olduğu müəyyənləşib.

Belə ki, qız tikinti işlərinin gedişini yoxlamaq üçün evinə gələndə burada 41 yaşlı Qırğızıstan vətəndaşı olan fəhlə onu gözləyirmiş. Yuliana bundan sonra mənzili tərk etməyib.

Şübhəli bir neçə gün sonra saxlanılıb və günahını tamamilə etiraf edib. İlkin məlumatlara görə, inşaatçı Yuliananı məftillə boğub.

 

Mənbə: Vesti.ru

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Brenda Şaffer: “Mərkəzi Asiyanın neft və qaz ehtiyatlarının Qərbə tədarükü üçün alternativ marşruta ehtiyac var”

SONRAKI XƏBƏR

Ermənistan sülhə yanaşmaq istəmir - Proseslər Qərbin nəzarətində həyata keçirilə bilər