Rusiyada helikopter qəzası - 2 ÖLÜ

Rusiyada helikopter qəzası - 2 ÖLÜ<span class="qirmizi"></span>

Rusiyanın Tver vilayətində Robinson-66 helikopteri qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəzaya səbəb helikopterin qalxarkən ağaclara çırpılması olub.

Hadisə noyabrın 27-də gecə saatlarında Vyazovets kəndi yaxınlığında baş verib.

Məlumata görə, təyyarəni Rusiya Federasiyasının idman ustası Aleksandr Kurylev idarə edib. Onun qardaşı da idmançı ilə bərabər həlak olub.

Ağarza Elçinoğlu

Mənbə: www.unikal.org