Öldürülən şagirdin oxuduğu məktəbin direktoru danışdı - EKSKLÜZİV

Öldürülən şagirdin oxuduğu məktəbin direktoru danışdı - EKSKLÜZİV<span class="qirmizi"></span>

Yevlaxın şəhərinin Hacıselli kənd orta məktəbinin XI sinifində təhsil alan 2006-cı il təvəllüdlü Turan Rüstəmovun Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilməsi ilə bağlı xəbər vermişdik.

Hadisə ilə bağlı sözügedən məktəbin direktoru Xəlilova Günay "Tehsil.biz"ə açıqlama verib.

Məktəb direktoru T.Rüstəmovun sakit, tərbiyəli, həmçinin məsuliyyətli şagird olduğunu bildirib:

"Turan barədə bu xəbəri heç gözləmirdik. Hansısa mərdiməzarın qurbanı oldu. Məktəbimiz üçün gözlənilməz, acı xəbər idi. Hələ də özümüzə gələ bilmirik. Dərslərinə bacardığı qədər fəal yanaşırdı. İdman dərsinə çox marağı var idi. Tez-tez anasına "çalışıb məşhur idmançı olacağam, çox pul qazanıb səni işləməyə qoymayacağam" deyirdi. Allah rəhmət eləsin!"

Həmçinin oxuyun: Bakıda öldürülən oğlan bu məktəbin şagirdi imiş...

Mənbə: tehsil.biz