Quba sakini qonşusunu bıçaqlayıb

Quba sakini qonşusunu bıçaqlayıb<span class="qirmizi"></span>

Quba rayonunda qonşular arasında bıçaqlanma olub.

"Report"un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun Mirzəqışlaq kəndində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadıq oğlu qonşusu ilə mübahisə zamanı bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az