Sumqayıtda yataqxanada elektrik xətləri belə yandı - VİDEO

Sumqayıtda yanğın olub.

Xeberle.com-un məlumatına görə, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 1 saylı yataqxanada qeydə alınıb.

Belə ki, yataqxananın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacları yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisəyə elektrik xətlərində qısaqapanmanın səbəb olduğu bildirilir.

Qeyd edək ki, binanın elektrik enerjisi kəsilib və bərpa olunması istiqamətində müvafiq qurumlar tərəfindən təmir-bərpa işləri aparılır.

 

 

 

Xeberle.com

ƏVVƏLKİ XƏBƏR

Torpaq sahələrinin qeydiyyatı artıb

SONRAKI XƏBƏR

Öldürülən şagirdin oxuduğu məktəbin direktorundan AÇIQLAMA - FOTO