Oğuzda bir ay əvvəl ağacdan yıxılan vəzifəli şəxs ölüb

Oğuzda bir ay əvvəl ağacdan yıxılan vəzifəli şəxs ölüb<span class="qirmizi"></span>

Oğuzda bir ay əvvəl ağacdan yıxılan icra nümayəndəsinin müavini dünyasını dəyişib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Oğuz rayon Qumlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini, 1981-ci il təvəllüdlü Qüdrət Qürbət oğlu İsrafilov bu gün günorta saatlarında anidən vəfat edib.

Məlumata görə, 41 yaşlı Q.İsrafilov 1 ay öncə kənd ərazisində ağacdan yıxılıb. Daha sonra o, cərrahi əməliyyat olunub.

Mənbə: report.az