Kürdəmirdə yük maşını ilə minik avtomobili toqquşub, ağır yaralanan var

Kürdəmirdə yük maşını ilə minik avtomobili toqquşub, ağır yaralanan var<span class="qirmizi"></span>

Kürdəmirdə yol qəzası baş verib, ağır yaralanan var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə noyabrın 28-də saat 21 radələrində Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Topalhəsənli kəndindən keçən hissəsində baş verib. Belə ki, “KamAZ” markalı yük maşını ilə əks istiqamətdə hərəkətdə olan "QAZ-3110" markalı avtomobil toqquşub. Nəticədə "QAZ-3110"un sürücüsü 52 yaşlı Azad Cabbar oğlu Abbasov sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Azad Abbasovu avtomobildən çıxarıblar. Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: azertag.az