16 yaşlı yeniyetmə itkin düşüb

16 yaşlı yeniyetmə itkin düşüb<span class="qirmizi"></span>

Saatlıda 16 yaşlı yeniyetmə itkin düşüb.

APA-ya istinadən bildirilir ki, ötən gün Saatlı şəhər sakini, 2007-ci il təvəllüdlü Əliyev Sərvan Mehman oğlu saat 17:00 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Onun əynində idman paltarı və idman ayaqqabısı olub.

Həmin şəxsi görənlərdən xahiş olunur ki, aşağıdakı nömrələrə zəng etsinlər:

0212852178 (Saatlı Polis Şöbəsi ), 050 776 44 61 (Mehman Əliyev)

Milli.Az

Mənbə: news.milli.az