Qətlə yetirilən idmançının atası: “Oğlumun başı deşik-deşik idi” - VİDEO

Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilən XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun atası danışıb.

BAKU.TV-yə danışan mərhumun atası Zəka Rüstəmov, Turanın onun ikinci övladı olduğunu bildirib.

“8-9 ildir cüdo ilə məşğul olurdu. Dostları mənə deyib ki, yarışdan çıxdıqdan sonra yoldaşı ondan ayaqqabılarını istəyib.

Turan ayaqyalın olduğu üçün ayağlarını stolun üzərinə qoyub. Qətlə yetirən şəxs Turana ayağını aşağı salmasını deyərək təhqir edib. Başına 3-4 bıçaq girib. Oğlumun başı deşik-deşik idi”, - deyə Z.Rüstəmov qeyd edib.

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Cənubi Koreya tətil edən sürücüləri işə qayıtmağa məcbur edib

SONRAKI XƏBƏR

Bir həftə sonra qlobal fəlakət olacaq - Azərbaycan üçün vacib məqam