İstanbuldakı terror aktına görə daha 1 nəfər həbs edilib

İstanbuldakı terror aktına görə daha 1 nəfər həbs edilib<span class="qirmizi"></span>

İstanbulun İstiqlal küçəsində törədilən terror aktı ilə bağlı daha 1 nəfər həbs edilib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədəyerli mətbuat məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxs terror aktını törətməkdə şübhəli bilinən Bilal Həsənin qardaşı Əhməd Əl-Hac Nuvasdır. O, məhkəmənin qərarı ilə həbs edilib.

Beləliklə, bu cinayət işi üzrə həbs edilənlərin sayı 25-ə yüksəlib.

Mənbə: www.musavat.com