Bakıda iki bacını avtomobil vurub

Bakıda iki bacını avtomobil vurub<span class="qirmizi"></span>

Bakının Xətai rayonunda iki bacının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1978-ci il təvəllüdlü Əmirova Aynura Ramiz qızı və bacısı, 1984-cü il təvəllüdlü Əsgərova Könül Ramiz qızını vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: report.az