Bakıda yol qəzasında 32 yaşlı kişinin boynu sınıb

Bakıda yol qəzasında 32 yaşlı kişinin boynu sınıb<span class="qirmizi"></span>

Bakının Xəzər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Binə qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Məmməd Sirac Sahib oğlu ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona boyun fəqərisinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: report.az