Bakıda 6 avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda 6 avtomobil toqquşub, xəsarət alan var - FOTO<span class="qirmizi"></span>

Bakının Nərimanov rayonunda bir neçə avtomobil qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobili idarə edən sürücü əvvəlcə nəqliyyat vasitəsini "Ford" markalı yük maşınına çırpıb. "Ford" markalı avtomobil "Renault"ya, 2 "Mercedes"ə və "Honda"ya çırpılıb. Qəza nəticəsində avtomaşınlara ciddi zərər dəyib. 6 avtomobilin toqquşması zamanı 1 nəfər xəsarət alıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Milli.Az

Mənbə: news.milli.az