Bakıda avtomobil kişini vurub

Bakıda avtomobil kişini vurub<span class="qirmizi"></span>

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Məmmədov İlqar Həsən oğlu yolu qəflətən piyadalar üçün müəyyən edilməyən hissəsinə çıxıb. Həmin vaxt onu minik maşını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır. Sürücünün izahatı alınıb.

Milli.Az

Mənbə: news.milli.az