Bakıda avtomobil evakuatora çırpılıb - FOTO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ziya Bünyadov prospektində köməkçi yolda qeydə alınıb.

"Toyota" markalı avtomobilini sürücüsü sükana nəzarəti itirib. Minik maşını idarəetmədən çıxaraq yol kənarında hərəkətsiz dayanan evakuatora çırpılıb. Avtoqəza zamanı minik avtomobilinin sürücüsü xəsarət alıb.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. Avtotexniki eskpertiza təyin edilib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda avtomobil kişini vurub

SONRAKI XƏBƏR

Ukrayna tükənir, ABŞ yardımı dayandıracaq