Maşın ağaca çırpıldı: Ölən var

Dekabrın 1-də saat 20 radələrində Göygöl şəhəri ərazisində Yeni Zod kənd sakini E.Yusibov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ağaca vurub. Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Rəsmi məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən Bəsti Aslanova hadisə yerində ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Sahibə Qafarova: "Fransa Milli Assambleyasının qətnaməsi qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır"

SONRAKI XƏBƏR

Dövlət Xidmətində yeni sədr: Xərçəngə qalib gəldi, rəhbər seçildi - FOTO