Ölən hamilə qadının qohumu: “Təcili yardıma 45 dəfə zəng vuruldu” - VİDEO

Ölən hamilə qadının qohumu: “Təcili yardıma 45 dəfə zəng vuruldu” - <span class="qirmizi">VİDEO</span>

Bakıda hamiləlik qanaxmasından vəfat edən Nəzrin Həsənovanın qohumları danışıblar.

Qohumların sözlərinə görə, dəfələrlə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma zəng etsələr də, onlar ünvana vaxtında çatmayıblar:

“Təcili yardıma 45 dəfə zəng vuruldu. 2 saat sonra gəldilər”.

Qeyd edək ki, hadisə noyabrın 30-da Bakı şəhərində qeydə alınıb. Belə ki, beş aylıq hamilə N.Həsənova xəstəxanaya çatdırılandan sonra orada vəfat edib. Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin süjetində:

Mənbə: musavat.com