Xaçmazda idarəetməni itirən sürücü maşını ticarət mərkəzinin içinə sürdü

Xaçmazda idarəetməni itirən sürücü maşını ticarət mərkəzinin içinə sürdü<span class="qirmizi"></span>

 

Xaçmaz, 2 dekabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda “Subaru” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək ticarət mərkəzinə girib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Rəna Hüseynova avtomobili ticarət mərkəzinin qarşısındakı duracaqda saxlamaq istəyərkən idarəetməni itirib. Nəticədə avtomobillə obyektin şüşələrini sındıraraq içəri daxil olub. Həmin vaxt ticarət obyektində satıcı və alıcılar olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Sürücü də qəza zamanı yaralanmayıb.

Avtomobil rəfləri dağıtdığından sahibkara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: azertag.az