Siyəzən, 2 dekabr, Elxan Yusifli, AZƏRTAC
Siyəzən rayonun Beşdam kəndi ərazisində qanunsuz ov edənlərin rayon sakinləri Pərviz Xankişiyev və Anar Babayev olduğu müəyyənləşib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Anar Babayevdən bir ədəd sənədsiz 16 kalibrli "TOZ" markalı qoşalüləli ov tüfəngi götürülüb.
Hazırda RPŞ-nin Təhqiqat qrupunda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.