10 yaşlı uşaq internetdən virtual eynək almağa icazə verməyən anasını GÜLLƏLƏDİ

10 yaşlı uşaq internetdən virtual eynək almağa icazə verməyən anasını GÜLLƏLƏDİ<span class="qirmizi"></span>

ABŞ-ın Viskonsin ştatında 10 yaşlı uşaq anasının onlayn alış-veriş hesabına daxil olaraq virtual reallıq eynəkləri almaq istəyib.

Musavat.com xəbər verir ki, anası buna etiraz edəndə kiçik oğlan anasını tapança ilə öldürüb və virtual reallıq eynəkləri sifariş verib.

Anasını öldürən uşaq ilk ifadəsində onun ehtiyatysızlıqdan özünü güllələdiyini deyib.

Oğlan daha sonra ifadəsini dəyişərək, silahı anasına tuşlayaraq anasını qəsdən öldürdüyünü etiraf edib. Oğlan polisə verdiyi ikinci ifadəsində silahı divara tərəf tutaraq divara atəş açaraq anasını qorxutmaq istədiyini, güllənin anasına dəydiyini bildirib.

Uşaqla görüşən xalası onun çox soyuqqanlı olduğunu, heç bir peşmanlıq əlaməti olmadığını və yalnız anasını öldürdüyünə görə peşman olduğunu bildirib.

Qeyd olunub ki, polis tərəfindən saxlanılan uşaq törətdiyi qətlə görə mühakimə olunacaq və yaşından asılı olmayaraq böyüklərə verilən cəza ona da tətbiq olunacaq.

Mənbə: musavat.com