Bu avropa ölkəsində 8000 insana peyvənd əvəzinə duzlu su vuruldu

Bu avropa ölkəsində 8000 insana peyvənd əvəzinə duzlu su vuruldu<span class="qirmizi"></span>

Almaniyada 8000 xəstəyə koronavirus peyvəndi əvəzinə duzlu su vuran saxta tibb bacısı ilə bağlı məhkəmə qərarı verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı tibb bacısının Almaniyada etdiyi hərəkətlər ölkə gündəmini zəbt edib.

Mart və aprel 2021-ci il tarixləri arasında tibb bacısı xəstəxana, təhsil işçiləri və yaşı 70-dən yuxarı olan həkimlər daxil olmaqla təxminən 8000 xəstəyə BioNTech Pfizer peyvəndi əvəzinə duzlu su yeridib.

Hadisənin üstü açıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan tibb işçisi həbs edilib.

Mənbə: qafqazinfo.az