Qonşular arasında ədavət dəhşətli sonluqla bitdi: 4 nəfəri... - VİDEO

Qonşular arasında ədavət dəhşətli sonluqla bitdi: 4 nəfəri... -  <span class="qirmizi">VİDEO</span>

Beyləqanda qonşular arasında illərdir davam edən ədavət dəhşətli sonluqla bitib.

Dünən gecə saatlarında Beyləqan rayonunun Tatalılar kəndində bir ailənin 4 üzvü qətlə yetirilib.

Qətlləri törətməkdə şübhəli bilinən şəxs isə elə ailənin qonşusudur.

Qətlə yetirilmiş şəxslər - 56 yaşlı Nadir Quliyev, 51 yaşlı Tərgül Quliyeva, 26 yaşlı Amin Quluzadə və 29 yaşlı Xəyal Quluzadədir. Hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ana və atanı yaşadıqları evin həyətində, qardaşları isə qəbiristanda qətlə yetirdiyi iddia olunur. Təhlükəsizlik məqsədilə kəndə giriş-çıxış nəzarətə götürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, iki qonşu arasındakı ədavət 2010-cu ildən davam edir. Həmin il Fuad Cəlilzadənin atası münaqişə zəminində qonşusu Nadir Quliyevi öldürməyə cəhd edib və o, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Lakin 6 ildən çox həbsxanada yatdıqdan sonra azadlığa buraxılıb. Bundan sonra ailələr arasında münasibətlər daha da pisləşib.

Mərhumların yaxınları baş vermiş hadisənin şokunda olduğunu bildirirlər.

Baş Prokurorluq da dəhşətli qətllə bağlı açıqlama yayıb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Mənbə: baku.ws