Musa Qəzənfərəbadi parlamentdə həbs olunanların sayı ilə bağlı statistikanın olmadığını bildirib

Musa Qəzənfərəbadi parlamentdə həbs olunanların sayı ilə bağlı statistikanın olmadığını bildirib<span class="qirmizi"></span>

İran parlamentinin məhkəmə-hüquq komissiyasının sədri Musa Qəzənfərəbadi parlamentdə həbs olunanların sayı ilə bağlı statistikanın olmadığını bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, o, bu gün, İLNA xəbər ajansına müsahibəsində etirazçıların həbsi və ya öldürülməsi ilə bağlı sosial mediada yayılan xəbərlərin “yalan” olduğunu iddia edib.

Xatırladaq ki, İranda hazırkı etirazlar başlayandan ölkə rəsmiləri həbs olunanların sayını və kimliyini rəsmən açıqlamaqdan imtina edib.

Çünki, İranda hüquq müdafiəçiləri qrupunun media orqanı olan HRANA xəbər ajansının son statistikasına görə, 26 sentyabr 3 dekabr tarixlərində azı 18 210 etirazçı həbs olunub ki, onlardan yalnız 3 537 nəfərin kimliyi müəyyən edilib.

 

Mənbə: www.oxu.az